28 C
Baku
Thursday, June 13, 2024

Bakı-Quba yolu açılır – Rəsmi

“Bu ilin sonuna kimi Bakı-Quba yolunda, hazırda bərpası aparılan beton yolda işlər yekunlaşacaq”.

Bu barədə Azərbaycan Avtomobil Yolları Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib.

Qeyd edək ki, bir neçə gün öncə millət vəkili Vahid Əhmədov Bakı-Quba yolunun yeniləşən birinci mərhələsi dekabrın 20-də istifadəyə veriləcəyini demişdi. O bildirmişdi ki, bu barədə məlumatı ona Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi sədrinin müavini Əvəz Qocayev verib. Millət vəkilinin sözlərinə görə, sədr müavini telefon danışığı zamanı ona işlərin böyük sürətlə davam etdiyini və  6 briqada gecə-gündüz, növbəlilik əsasında işlədiyi məlumatını verib.

MənbəQafqazinfo
Son xəbərlər
 ⁠
Digər xəbərlər