10 C
Baku
Saturday, November 23, 2024

Bakı-Quba yolu bu tarixdə istifadəyə veriləcək – Rəsmi

Bakı-Quba-Rusiya avtomobil yolunun Quba-Bakı istiqamətində deformasiyaya uğramış hissəsinin yenidən qurulması işləri davam etdirilir.

Yenidənqurma işləri çərçivəsində yolun köhnə örtüyü qazılaraq çıxarılıb, yeni yol yatağı inşa edilib.

Bundan sonra isə asfalt-beton örtüyünün döşənməsinə başlanılıb.

Hazırda əsas asfaltlanma işləri Bakı-Quba yolunun 77-87-ci kilometrliyində aparılır.

İş icraçılarının verdiyi məlumata görə, təmir çərçivəsində yola daha qalın asfalt örtüyü vurulur. Bu isə onun tez sıradan çıxmasının qarşısını alacaq. Sözügedən hissədə işlərin noyabr ayının sonuna qədər yekunlaşdırılması nəzərdə tutulur.

Təmir edilən yolda avtonəqliyyat vasitələrinin təhlükəsizliyi üçün əlavə 3 metrlik çiyin də yaradılır. Asfaltlanma işlərindən sonra yol nişanları qoyulacaq və xətləmə işləri aparılacaq.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, ümumilikdə Bakı-Quba yolunun deformasiyaya uğramış 66 kilometrlik hissəsində təmir işlərinin bu ilin sonuna qədər yekunlaşdırılması nəzərdə tutulub.

Son xəbərlər
Digər xəbərlər