15 C
Baku
Sunday, May 5, 2024

Bakı-Quba yolunda hərəkət tam olaraq dayandı

Dünən Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda hərəkət dayanıb.

Belə ki, yolun hər iki tərəfində bu hal yaşanıb.

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis polkovnik-leytenantı Mübariz Ağayev bildirib ki, həmin yolun hər iki tərəfində elektron tərəzilər quraşdırılır:

“Orada növbəli keçid yaradılıb. Oraya əməkdaşlar cəlb edilib və tədbirlər görülüb. Hazırda problem yoxdur”.

Qeyd edək ki, bir neçə gün əvvəl də sosial şəbəkələrdə Bakı-Quba yolunda aparılan təmir işlərinin nəqliyyatın hərəkətində təhlükəli vəziyyət yaratmasına dair videogörüntülər yayılmışdı.

Belə ki, bəzi sürücülər səbirsizlik nümayiş etdirərək yolun məhdudiyyət tətbiq olunan hissəsindən yan keçmək məqsədilə torpaq yoldan istifadə etməklə, əsas yola çıxmağa çalışıb ki, bu da sürüşmə, aşma, toqquşma kimi qəzalı vəziyyətlərin, süni sıxlığın, eləcə də digər hərəkət iştirakçılarında haqlı narazılıqların yaranmasına səbəb olmuşdu.

Son xəbərlər
 ⁠
Digər xəbərlər