9 C
Baku
Thursday, December 12, 2024

Bakı-Quba yolunun bir hissəsində hərəkət tam məhdudlaşdırılacaq

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun paytaxtdan Şabran rayonu istiqamətində təmir-bərpa işlərinə başlayır.

Bu barədə Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilir ki, təmir-bərpa işləri magistral yolun 52-119,5 km-liyində müəyyən hissələrdə yerinə yetiriləcək.

Avtomobil yolunda hərəkət intensivliyi nəzərə alınaraq işlər hissə-hissə aparılacaq. İşlərin aparıldığı ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılacaq. Təmir-bərpa işləri aparılan müddət ərzində əks istiqamət üzrə avtonəqliyyat vasitələrinin ikitərəfli hərəkəti təmin ediləcək.

Əks istiqamət üzrə ikitərəfli hərəkətin təhlükəsiz və maneəsiz təmin olunması üçün ərazidə əlavə təhlükəsizlik tədbirlərinin görülməsi, müvafiq nişanlanma xətlərinin çəkilişi və müvəqqəti yol nişanlarının quraşdırılması işləri aparılacaq.

Agentlik sürücülərə sözügedən ərazidə hərəkətdə olarkən müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etməyi tövsiyə edib.

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər