16 C
Baku
Friday, May 3, 2024

Bakı Rio-de-Janerye, Nyu Dehli və Sinqapur kimi şəhərləri geridə qoyub

Bakı şəhəri Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək üçün Rio-de-Janerye, Nyu Dehli və Sinqapur kimi müasir və inkişaf etmiş şəhərləri geridə qoyub.

Bunu Beynəlxalq Astronavtika Konqresinə hazırlıq departementinin direktoru Rəna Cəfərova “Beynəlxalq Astronavtika Konqresinə dair media brifinqində” deyib.

“Konqresdə gözlənilən iştirakçı sayı 6000 nəfərdir və iştirakçıların çoxunu gənclər təşkil edəcək.

15 yanvar tarixindən qeydiyyat başlayıb və qeydiyyat ödənişlidir” – deyə, o əlavə edib.

MənbəApa
Son xəbərlər
 ⁠
Digər xəbərlər