28 C
Baku
Saturday, July 27, 2024

“Bakı Şəhər Halqası Əməliyyat Şirkəti” xariclə valyuta əməliyyatlarına görə cərimələnə bilər

Maliyyə Bazarlarına Nəzarət Palatası Formula 1 yarışlarının təşkilində iştirakçılardan biri olan “Bakı Şəhər Halqası Əməliyyat Şirkəti” MMC (BŞH) xaric ilə valyuta əməliyyatlarla bağlı cərimələnib. Şirkət buna görə apellyasiyaya müraciət edib.

Bu barədə Banker.az-a daxil olan məlumatda deyilir.

BŞH, İnzibati Xətalar Məcəlləsinin 430.4 -cü maddəsi ilə təqsirli bilinərək, cari ilin iyul ayında 12 906,7 manat, 9 818,4 ABŞ dolları (hazırki məzənnə ilə ‭16 691 manat) və 136 667,41 manat və 7 211,45 manat məbləğində cərimə edilib ki, bu da ümumilikdə 173 476 manata qədər vəsait edir.

Nərimanov Rayon Məhkəməsində verilən bu qərarlardan şikayətlənən şirkət, Bakı Apellyasiya Məhkəməsinə müraciət edib.

İXM-nin 430.4-cü maddəsi avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur.

Bu inzibati xətaya görə, vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir.

 

 

 

Son xəbərlər
Digər xəbərlər