8 C
Baku
Çərşənbə axşamı, Dekabr 7, 2021

Bakı Şəhər İcra Hakimiyyəti şirkətə 3 milyon manatlıq sifariş verdi

Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyindəki Bakı Şəhər Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsi “Stone Construction” QSC ilə 3 milyon manatlıq 2 müqavilə bağlayıb.

1-ci müqavilədə Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin körpələr evi-uşaq bağçaları,uşaq bağçaları,xüsusi uşaq bağçaları,uşaq evlərində yanğın söndürən balonların doldurulması və müxtəlif növ guşələrin düzəldilməsi satınalması nəzərdə tutulur. Müqavilənin dəyəri isə 1 481 452 manatdır.

2-ci müqavilədə isə Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsinin körpələr evi-uşaq bağçaları,uşaq bağçaları,xüsusi uşaq bağçaları,uşaq evləri üçün maşın və avadanlıqların alınması satınalınması nəzərdə tutulur. Bu müqavilənin məbləği isə 1 536 921 manatdır.

Son xəbərlər
Oxşar xəbərlər
X