26 C
Baku
Friday, April 19, 2024

Bakı Şəhər İcra Hakimiyyətinin bu qurumları ləğv edildi

Bakı Şəhər Ekspertiza Mərkəzi ləğv edilib.

Banker.az bu barədə qurumun elanına istinadən xəbər verir.

Kreditorlar iki ay ərzində tələblərini AZ1001 Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, ev 18, otaq 308 ünvanına bildirə bilərlər.

Qeyd edək ki, Bakı Şəhər Ekspertiza Mərkəzi Azərbaycan Respublikası Nazirlər Sovetinin 019.02.1988-ci il tarixli sərəncamı ilə yaradılmış və idarənin nizamnaməsi 03.05.1996-cı ildə  Ədliyyə Nazirliyində qeydiyyatdan keçmişdir. Bakı Şəhər Ekspertiza Mərkəzi binaların, qurğuların, müəssisələrin inşasının layihələri üçün təkliflər hazırlayır.

Həmçinin Xarici Əlaqələr və İnvestisiya Proqramları departamenti də ləğv olunub. Kreditorlar iki ay ərzində tələblərini AZ1001 Bakı şəhəri şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, ev 18, otaq 308 ünvanına bildirə bilərlər.

Bildirək ki, Xarici Əlaqələr və İnvestisiya Proqramları Departamenti xarici iqtisadi əlaqələr və beynəlxalq münasibətlər, sahələrarası koordinasiya və funksional idarəetmə, həmçinin Bakı şəhəri ilə xarici şəhərlər, beynəlxalq təşkilatlar arasında əlaqələrin formalaşdırılması sahəsində fəaliyyət göstərən Bakı Şəhər İcra Hakimiyyətinin funksional dövlət idarəetmə orqanı olub.

 

 
Son xəbərlər
Digər xəbərlər