25 C
Baku
Sunday, July 21, 2024

Bakı şəhərinə yeni prokuror təyin edildi

Bakı şəhərinə yeni prokuror təyin edilib.

Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, Baş prokuror Kamran Əliyev bununla bağlı müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Elşən Abbasov Bakı şəhər prokuroru təyin olunub.

E.Abbasov bu təyinatadək Baş Prokurorluğunun Təşkilat və icraya nəzarət idarəsinin rəisi vəzifəsində çalışırdı.

Kamran Əliyevin digər əmri ilə Baş prokurorun böyük köməkçisi Tural Aslanov Təşkilat və icraya nəzarət idarəsi təyin olunub.

 

 

Son xəbərlər
Digər xəbərlər