6 C
Baku
Cümə axşamı, Yanvar 27, 2022

Bakı şəhərinin işıqlandırılması üçün 3 milyon manat xərclənəcək

“Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsi “İnterkabel” firması ilə 3 milyon manat dəyərində müqavilə imzalayıb.

Banker.az xəbər verir ki, müqavilədə İşıqlandırma üçün lazımı mal-materialların alınması nəzərdə tutulub.

Müqavilənin ümumi məbləği 2 milyon 993 min 558 manatdır.

Bildirək ki, “İnterkabel” firmasının nizamnamə kapitalı 20 manatdır və qanuni təmsilçisi Yasin Molanovdur.

Onu da qeyd edək ki, “Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsi 1952-ci ildən bu günə fəaliyyət göstərir. Müəssisənin əsas fəaliyyət profili Bakı şəhəri üzrə küçə və prospektlərin, park və xiyabanların eləcədə bina fasadlarının işıqlanmasını təmin etməkdən ibarətdir.

Son xəbərlər
Oxşar xəbərlər