26 C
Baku
Saturday, July 27, 2024

Bakı sənayəsində qeyri-dövlət sektorunun payı 84 faiz olub

2021-ci ilin yanvar-aprel aylarında paytaxt sənayesində istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 12 milyard manat təşkil edib.

Banker.az Bakı Şəhər Statistika İdarəsindən əldə etdiyi məlumta əsasən xəbər verir ki,  sənaye məhsulunun 76.4 faizi mədənçıxarma, 20 faizi emal, 2.9 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0.7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub. Sənayedə qeyri-dövlət sektorunun payı 83.9 faiz olub.

Əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında mayın 1-nə 340.6 milyon manatlıq hazır məhsul ehtiyatı yaranıb. Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 79.9 milyon manat məbləğində digər məhsullar da mövcud olub.

Son xəbərlər
Digər xəbərlər