Bakı Şəhər İcra Hakimiyyətinə məxsus “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC mənzil-kommunal xidmətlərinin göstərilməsi üçün lazımi malların alınması (1), eləcə də dövlət mənzil fonduna aid binaların əsaslı təmiri (2) ilə bağlı elan etdiyi 2 açıq tenderə yekun vurub.
Banker.az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderlərin qalibi “Modul Xidmət” MMC və “Trilliant Engineering” MMC-lərdir.
Qalib şirkətlərə müvafiq olaraq 16.44 milyon manat və 34.34 milyon manat, ümumilikdə isə 50.77 milyon manat ödəniləcək.
“Trilliant Engineering” 2004-cü ildən dövlət qeydiyyatındadır və 10 manatlıq nizamnamə kapitalına sahibdir. Modul Xidmət isə 100 manat nizamnamə kapitalına sahibdir və 2020-ci ildən dövlət qeydiyyatındadır.