“Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC “Cronos Construction” MMC ilə 13.5 milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə Bakı Şəhər İcra Hakimiyyətinin inzibati binasının əsaslı təmir-bərpa işlərinin davam etdirilməsinin satınalınması (ikinci elan) nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 13 449 827 manatdır.
Onu da qeyd edək ki, bundan əvvəl də Bakı Şəhər İcra Hakimiyyətinin inzibati binasının təmiri üçün “Cronos” MTK ilə dəyəri 980 919 manat olan müqavilə bağlanmışdır.