Bakı şəhər İcra Hakimiyyətinin “Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsi “İşıqlandırma üçün lazımı mal-materialların satınalınması” üzrə elan etdiyi tenderi yekunlaşdırıb.
Banker.az xəbər verir ki, tenderin qalibi “İnterkabel” firmasıdır.
Qalib şirkətə 2 998 894 manat ödəniləcək.
Bildirək ki, “İnterkabel” firmasının nizamnamə kapitalı 20 manatdır və qanuni təmsilçisi Yasin Molanovdur.
Onu da qeyd edək ki, “Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsi 1952-ci ildən bu günə fəaliyyət göstərir. Müəssisənin əsas fəaliyyət profili Bakı şəhəri üzrə küçə və prospektlərin, park və xiyabanların eləcədə bina fasadlarının işıqlanmasını təmin etməkdən ibarətdir.