23 C
Baku
Friday, April 19, 2024

Bakı sənayəsi böyüyür – 18 milyard manat

2021-ci ilin yanvar-iyun aylarında Bakıda sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 4,2 faiz artaraq 18,7 milyard manat təşkil edib.

Banker.az xəbər verir ki, Sənayedə qeyri-dövlət sektorunun payı 83.3 faiz olub.

İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 90,9 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 9,1 faiz təşkil etmişdir. İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01iyul 2021-ci il vəziyyətinə 354,8 milyon manatlıq hazır məhsul ehtiyatı olmuşdur.

Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 57,3 milyon manat məbləğində digər məhsullar da mövcud olmuşdur.

Son xəbərlər
Digər xəbərlər