25 iyun 2021-ci il saat 11.00-da Bakı, Heydər Əliyev prospekti 104 nömrəli ünvanda “Bakı Şərab-1” ATSC-nin səhmdarların illik ümumi yığıncağı keçiriləcəkdir.
Bu barədə Müşahidə Şurası açıqlama verib.
“Səhmdarlardan xahiş olunur ki, şəxsiyyəti təsdiqləyən sənədlə yığıncaqda iştirak etsinlər.
İllik hesabatla cəmiyyətin saytının elanlar bölməsində tanış ola bilərsiniz” – deyə məlumatda qeyd edilir.