22 C
Baku
Friday, April 19, 2024

Bakı-Sabunçu dəmir yolu xəttində gediş haqqı 50 qəpik olacaq

Sabunçu vağzalından Bakı stansiyasına hərəkət edəcək qatarlarda gediş haqqı 50 qəpik olacaq. 

Bu barədə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov AzTV-yə müsahibəsində deyib.
Onun sözlərinə görə, gediş haqqı marşrut avtobuslarına nisbətən ucuz olacaq: “Sabunçu dəmir yolu vağzalından Bakı stansiyasına 15 dəqiqəyə çatmaq mümkün olacaq. Gələcəkdə dəmir yolu xətləri Əhmədli, Zirə, Pirallahı, həmçinin Heydər Əliyev adına Hava Limanına qədər uzanacaq”. 

Qeyd edək ki, ötən gün Sabunçu dəmir yolu vağzalı kompleksinin açılışı olub. Mərasimdə Prezident İlham Əliyev iştirak edib. 
Son xəbərlər
Digər xəbərlər