13 C
Baku
Monday, January 12, 2026

Bakı Sağlamlıq Mərkəzindən 11 milyon manatlıq sifariş

Bakı Sağlamlıq Mərkəzi publik hüquqi şəxs “Solamedical” MMC müqavilə bağlayıb.

Banker.az xəbər verir ki, müqavilədə Digər malların (azqiymətli və tibbi alətlərin) satınalınması və Tibbi Avadanlıqların cari təmiri və tez köhnələn hissələrinin satınalınması nəzərdə tutulur.

“Solamedical” MMC ilə bağlanmış 2 müqavilənin dəyəri isə 11 054 475 manatdır.

Qeyd edək ki, “Solamedical” MMC 2019-cu ildən fəaliyyət göstərir. Bu MMC-nin nizamnamə kapitalı 200 manatdır və qanuni təmsilçisi Şəhla Novruzovadır.

 

Son xəbərlər
Digər xəbərlər