Azərbaycanda unikal hadisə baş verib – sürücü 16 il müddətinə sürücülük hüququndan məhrum edilib.
Banker.azın verdiyi xəbərə görə, paytaxt sakini Baloğlan İsa oğlu Baloğlanov yerli şirkətlərdən birinə sürücü kimi işə düzəlmək istəyib.
Ancaq bu zaman o, sürücülük hüququndan məhrum edildiyini öyrənib.
Baloğlanov Yol Polisi İdarəsinə gedərək, bunun səbəbini öyrənməyə çalışıb. Sürücünün məlumatlarına baxdıqda polis işçiləri özləri də şoka düşüblər. Sənədlərə əsasən, Baloğlanov 2034-cü ilədək sürücülük hüququndan məhrum edilib.
Azərbaycanda unikal hadisə baş verib – sürücü 16 il müddətinə sürücülük hüququndan məhrum edilib.
Qanunvericiliyə əsasən isə ölkədə hər hansı şəxs sürücülük hüququndan maksimum iki il müddətinə məhrum edilə bilər.
oxu.az