Məcburi köçkün özünü şəxsi evinin pəncərəsindən atdı.
Nizami rayonunda kişi banka 17 000 manat borcu olduğu üçün intihar edib.
İntihar səbəbi “8-ci kilometr”də 37 saylı evdə yaşayan Cəbrayıl rayonundan məcburi köçkün olan şəxsin ölüm faktını araşdıran istintaq orqanına məlum olub.
Oxu.Az xəbər verir ki, Vesti.Az-a Nizami rayon prokurorluğundan bildiriblər ki, 1978-ci il təvəllüdlü Şıxıyev Əliyar Qurban oğlu özünü iyun ayının 5-də, binanın beşinci mərtəbəsində yerləşən mənzilin pəncərəsindən atıb.
O, bu gün, aldığı travmalardan dünyasını dəyişib.
Mərhumun doğmalarının sözlərinə görə, o, banka borclu olduğu 17 000 manatı ödəyə bilmədiyi üçün çox narahat idi.
Fakt üzrə istintaq davam edir.