12 C
Baku
Thursday, November 14, 2024

Bakı sakininin bank hesabından 8 mindən çox pul oğurlanıb

Bakı sakininin bank hesabından oğurluq olub.

Banker.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinə Y.Əhmədovun bank hesabından 8500 manatın oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Xalid İsayev müəyyən edilərək saxlanılıb. Araşdırma aparılır.

Son xəbərlər
Digər xəbərlər