27 C
Baku
Saturday, July 27, 2024

Bakı sakinləri 1 ayda ərzaq məhsulları, içkilər və tütünə 4 mlrd. manat xərcləyib

2021-ci ilin yanvar-may aylarında ticarət dövriyyəsinin həcmi 2020-ci ilin yanvar-may ayları ilə müqayisədə 0.8 faiz artaraq 8 608.1 milyon manat olub.

Banker.az Bakı Şəhər Statistika İdarəsinin aylıq hesabatına istinadən xəbər verir ki, Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2 faiz artaraq 4 130.2 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 0.2 faiz azalaraq 4 477.9 milyon manata bərabər olub.

İstehlak məhsullarının 37.6 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 39.5 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 22.9 faizi isə paytaxtın məhsul bazarlarında satılmışdır.

Son xəbərlər
Digər xəbərlər