Bu ilin ilk 7 ayı ərzində paytaxt Bakıda ictimai iaşə dövriyyəsi (kafe, restoran, çayxana və s.) 516.6 milyon manat olub.
Banker.az Bakı Şəhər Statistika İdarəsinə istinadən xəbər verir ki, 2022-ci ilin yanvar-iyul aylarında ictimai iaşə dövriyyəsinin həcmi 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 58.3 faiz artıb.
Hüquqi şəxslər tərəfindən ictimai iaşə dövriyyəsi 331.2 milyon manat olmuşdur ki, bu da ümumi dövriyyənin 64.1 faizini təşkil etmişdir.