Bir müddət əvvəl Bakı-Şamaxı yolunun 21-ci kilometrliyində quraşdırılan yeni növ radarlar artıq işə salınıb.
Köhnə radarlardan fərqli olaraq bu elektron lövhələrdə yol üçün nəzərdə tutulmuş sürət limiti ilə yanaşı, sürət həddini aşan avtomobillərin sürəti və nömrə-nişanı qeyd olunur.
Radarların şəhər daxilində nə vaxt quraşdırılacağı ilə bağlı hələ ki məlumat yoxdur.