10 C
Baku
Thursday, December 12, 2024

“Bakı Sığorta” ilə “Azərmaş” məhkəmə qarşısında

“Bakı Sığorta” Açıq Səhmdar Cəmiyyəti “Azərmaş” MMC-ni məhkəməyə verib.

Banker.az-ın məlumatına görə, “Bakı Sığorta” mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr barədə tələb irəli sürüb.

Digər cavabdeh isə Məmmədov Anar Məhəmməd oğludur. İddia hakim Günay Abidovanın sədrliyi ilə araşdırılacaq. İşə Nəsimi Rayon Məhkəməsində baxılır.

Qeyd edək ki, “Azərmaş” 6 avqust 2016-ci il tarixində Azərbaycanda yaradılmış avtomobil istehsalının təşkili üzrə müəssisədir.

Xatırladaq ki, “Bakı Sığorta” 1994-cü ildə “Tural Sığorta” adı ilə yaradılıb, 2007-ci ildə rebrendinq edib.

Son xəbərlər
Digər xəbərlər