Azərbaycanda iki şirkət arasında mübahisə işi məhkəməyə aparıb çıxarıb.
Banker.az-ın əldə etdiyi məlumata görə, “Bakı Sığorta” ASC “Puta-Nəqliyyat-2” ASC və Kəngərli İsmayıl İlham oğlu ilə bağlı iddia qaldırıb.
Sığorta şirkəti “Puta-Nəqliyyat-2” ASC barəsində Bakı Kommersiya Məhkəməsinə müraciət edib.
Məhkəmənin predmeti, mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələrdir.
Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. (Mülki Məcəllənin 59-cu fəsli)
Bildirək ki, “Bakı Sığorta” ASC 2007-ci il oktyabrın 1-dən fəaliyyətə başlayıb. Cəmiyyətin səhmdarları “Bank Respublika” ASC, “Diamond Motors” MMC, “Ekolizinq” MMC, “Toyota Abşeron Center” MMC, “Yeni Motor” MMC, və 2 fiziki şəxsdir.
Xatırladaq ki, “Puta-Nəqliyyat-2” ASC 2001-ci ildə dövlət qeydiyyatına alınıb, nizamnamə kapitalı 117 566 manatdır və qanuni təmsilçisi Hidayət Mustafayevir.