9 C
Baku
Friday, March 1, 2024

“Bakı Sığorta” ötən ili zərərlə bitirdi – hesabat

“Bakı Sığorta” ASC ötən ili 1.71 min manat zərər ilə tamamlayıb.

Bu barədə Banker.az sığorta şirkətinin maliyyə hesabatına istinadən xəbər verir.

2021-ci il “Bakı Sığorta”nın cəmi əməliyyat gəlirləri 3.89 mln manat, cəmi əməliyyat xərcləri 5.60 mln manat təşkil edib. Hesabat ilindən öncəki ildə sığorta şirkətinin cəmi əməliyyat gəlirləri 2.63 mln manat, cəmi əməliyyat xərcləri 2.43 mln manat təşkil etmişdi.

“Bakı Sığorta” şirkəti 2020-ci ili 155 min 211 manat xalis mənfəət ilə bağlamışdı. Ötən il yaranmış zərərin əsas səbəbləri “Bakı Sığorta”nın sığorta ödənişlərinin 3,5 dəfə və sığorta ehtiyatlarına ayırmanın 3 dəfə artmasıdır.

“Bakı Sığorta” ASC-nin nizamnamə kapitalının həcmi 8.92 mln manat təşkil edir. Cəmiyyətin səhmdarları “Bank Respublika” ASC, “Diamond Motors” MMC, “Ekolizinq” MMC, “Toyota Abşeron Center” MMC, “Yeni Motor” MMC, və 2 fiziki şəxsdir.

3453443534534 32423432423423424234342423

Son xəbərlər
Digər xəbərlər