9 C
Baku
Monday, November 18, 2024

“Bakı Sığorta” ötən il mənfəət etsə də, satışları azalıb

“Bakı Sığorta” ASC 2023-cü ili 556 min manat xalis mənfəət ilə başa vurub. 2022-ci ildə sığorta şirkətinin mənfəəti 103 min manat olub ki, bu da illik müqayisədə 5.4 dəfə artım deməkdir.

Banker.az bu barədə sığorta şirkətinin illik hesabatına istinadən xəbər verir.

Ötən il “Bakı Sığorta”nın cəmi gəlirləri 7 milyon 663 min manat (əvvəlki ilə nisbətən 9% çox), cəmi xərcləri 7 milyon 107 min manat (əvvəlki ilə nisbətən 2.5% çox) təşkil edib, mənfəət vergisi ödəməyib.

Hesabat dövründə “Bakı Sığorta”nın cəmi aktivləri 12 milyon 244 min manat olub ki, bu da ilin əvvəli ilə müqayisədə 4% azalma deməkdir. Sığorta şirkətinin cəmi kapitalı 7% artaraq 8 milyon 512 min manat təşkil edib.

2022-ci ildə “Bakı Sığorta”nın hesabladığı sığorta haqları 6 milyon 342 min min manat ikən, ötən il 4 milyon 952 min manata düşüb.

bs1

Son xəbərlər
Digər xəbərlər