4 C
Baku
Thursday, February 22, 2024

“Bakı Sığorta” sığorta müqaviləsinə görə “Hollywood-Cars” şirkətini məhkəməyə verdi

Azərbaycanda iki şirkət arasında mübahisə işi məhkəməyə aparıb çıxarıb.

Banker.az-ın əldə etdiyi məlumata görə, “Bakı Sığorta” ASC “HOLLİVOOD-CARS” Məhdud Məsuliyyətli Cəmiyyət və Həsənova Sevda Həsən qızı, Şabanov Nicat Məzahir oğlu ilə bağlı iddia qaldırıb.

Sığorta şirkəti iddia ilə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciət edib. İşə baxan hakim Ülkər Həsənovadır.

Məhkəmənin predmeti müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr – Sığorta müqaviləsi üzrə mübahisələrdir.

Bildirək ki, “Bakı Sığorta” ASC 2007-ci il oktyabrın 1-dən fəaliyyətə başlayıb. Cəmiyyətin səhmdarları “Bank Respublika” ASC, “Diamond Motors” MMC, “Ekolizinq” MMC, “Toyota Abşeron Center” MMC, “Yeni Motor” MMC, və 2 fiziki şəxsdir.

“HOLLİVOOD-CARS” MMC bütün növ yeni və işlənmiş avtomobillərin alışı, satışı, barteri, həmçinin kredit və lizinq imkanları ilə müştərilərin xidmətindədir.

Son xəbərlər
Digər xəbərlər