7 C
Baku
Tuesday, December 3, 2024

“Bakı Sığorta” şirkəti “TOPAZ”ı məhkəməyə verdi

Azərbaycanda iki şirkət arasında mübahisə işi məhkəməyə aparıb çıxarıb.

Banker.az-ın əldə etdiyi məlumata görə, “Bakı Sığorta” ASC “Caspian Tech” QSC şirkəti ilə bağlı iddia qaldırıb.

Sığorta şirkəti “Caspian Tech” QSC barəsində Bakı Kommersiya Məhkəməsinə müraciət edib.

Məhkəmənin predmeti, mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələrdir.

Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. (Mülki Məcəllənin 59-cu fəsli)

Bildirək ki, “Bakı Sığorta” ASC 2007-ci il oktyabrın 1-dən fəaliyyətə başlayıb. Cəmiyyətin səhmdarları “Bank Respublika” ASC, “Diamond Motors” MMC, “Ekolizinq” MMC, “Toyota Abşeron Center” MMC, “Yeni Motor” MMC, və 2 fiziki şəxsdir.

Onu da qeyd edək ki, “Caspian Tech” QSC 19 yanvar 2010-cu il tarixində təsis edilmişdir. “Caspian Tech” QSC-nin ticarət nişanı olan “TOPAZ” 2011-ci ildə Azərbaycanda ilk və yeganə qanuni idman mərc oyunu operatoru kimi fəaliyyətə başlayıb.

Son xəbərlər
Digər xəbərlər