9 C
Baku
Friday, March 1, 2024

“Bakı Sığorta” yarım ildə ₼252 min mənfəət əldə edib

“Bakı Sığorta” 2023-cü ilin 1-ci yarımilliyini 252 min manat mənfəətlə başa vurub. Ötən ilin eyni dövründə isə sığorta şirkətinin mənfəəti 103 min manat olub ki, bu da illik müqayisədə 2.4 dəfə artım deməkdir.

Banker.az bu barədə sığorta şirkətinin maliyyə hesabatına istinadən xəbər verir.

Yanvar-iyun aylarında “Bakı Sığorta”nın cəmi gəlirləri 3 milyon 572 min manat (əvvəlki ilə nisbətən 2.3% çox), cəmi xərcləri 3 milyon 266 min manat (əvvəlki ilə nisbətən 3% az), 54 min manat mənfəət vergisi ödəyib.

Bu ilin iyul ayının 1-nə “Bakı Sığorta”nın cəmi aktivləri 13 milyon 108 min manat olub ki, bu da ilin əvvəli ilə müqayisədə 3% artım deməkdir. Sığorta şirkətinin cəmi kapitalı 3.2% artaraq 8 milyon 209 min manat təşkil edib.

2022-ci ilin 1-ci yarım illiyində “Bakı Sığorta”nın hesabladığı sığorta haqları 3 milyon 116 min min manat ikən, bu ilin 6 ayında 2 milyon 880 min manata düşüb.

Son xəbərlər
Digər xəbərlər