7 C
Baku
Thursday, December 12, 2024

“Bakı Sığorta” zərərdən mənfəətə keçdi

“Bakı Sığorta” 2022-ci ilin 1-ci yarımilliyini 103 min manat mənfəətlə başa vurub. Ötən ilin eyni dövründə isə sığorta şirkəti 1 milyon 26 min manat zərər etmişdir.

Banker.az bu barədə sığorta şirkətinin maliyyə hesabatına istinadən xəbər verir.

Yanvar-iyun aylarında “Bakı Sığorta”nın cəmi gəlirləri 3 milyon 490 min manat (əvvəlki ilə nisbətən 3.6 dəfə çox), cəmi xərcləri 3 milyon 362 min manat (əvvəlki ilə nisbətən 1.7 dəfə çox), 26 min manat mənfəət vergisi ödəyib.

Bu ilin iyul ayının 1-nə “Bakı Sığorta”nın cəmi aktivləri 12 milyon 730 min manat olub ki, bu da ilin əvvəli ilə müqayisədə 6% artım deməkdir.

Sığorta şirkətinin cəmi kapitalı 1.3% artaraq 7 milyon 956 min manat, cəmi öhdəlikləri isə 4 milyon 774 min manat təşkil edib.

Xatırladaq ki, “Bakı Sığorta” ASC 2007-ci il oktyabrın 1-dən fəaliyyətə başlayıb. Cəmiyyətin səhmdarları “Bank Respublika” ASC, “Diamond Motors” MMC, “Ekolizinq” MMC, “Toyota Abşeron Center” MMC, “Yeni Motor” MMC, və 2 fiziki şəxsdir.

Son xəbərlər
Digər xəbərlər