Azərbaycanda fəaliyyət göstərən “Bakı Sığorta” ASC-nin işçilərinin sayı azalıb.
Banker.az bu barədə sığorta şirkətinin illik hesabatına istinadən xəbər verir.
“Bakı Sığorta”nın bu ilin yanvarın 1-nə işçilərinin sayın 110 nəfər olub. Mart ayında sığorta işçilərinin sayı 119 nəfər, iyun ayında 122 nəfər, sentyabr ayında isə 119 nəfər təşkil edib.
Xatırladaq ki, “Bakı Sığorta” 1994-cü ildə “Tural Sığorta” adı ilə yaradılıb, 2007-ci ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 8.925 milyon manatdır.