“Bakı Sığorta”da rəhbər vəzifədə olan 38 yaşlı şəxs də deputat olmaq istəyir

Azərbaycanda sığorta şirkətinin rəhbərliyində adı yer alan 38 yaşlı Turabxan Rafiq oğlu Turabxanlı da Milli Məclisin 9 fevral 2019-cu ildə növbədən kənar təşkil olunacaq seçkilərdə deputatlığa namizədlik vermişdir.

Banker.az-ın MSK-dan əldə etdiyi məlumata görə, ixtisaca hüquqşünas təhsili almış bu şəxs hazırda “Bakı Sığorta” ASC-nin İdarə Heyətinin üzvüdür.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

O, 12 saylı Qaradağ-Binəqədi-Yasamal Seçki Dairəsindən seçkiyə qatılacaq. 2009-cu ildəki bələdiyyə seçkilərində də onun adına rast gəlinsə də, lakin, o müddətdə Turabxanlı Sumqayıt şəhərini təmsil edirdi.

Qeyd edək ki, bu barədə rəsmi şəkildə sığorta şirkətində onun İdarə Heyətində yer alıb-almadığı göstərilməsədə rəsmi mənbələrdən əldə edilən məlumatlarda onun adına rast gəlinir.