24 C
Baku
Thursday, April 18, 2024

“Bakı Sığorta”nın mənfəəti 13,4 dəfə azalıb – Maliyyə vəziyyəti açıqlandı

2019-cu ilin birinci yarımilində “Bakı Sığorta”nın cəmi aktivləri 10,731 mln manat təşkil edib ki, bu da hesabat ilinin əvvəli ilə müqayisədə 2% çox deməkdir.

Banker.az bu barədə sığorta şirkətinin maliyyə hesabatına istinadən xəbər verir.

 2019-cu ilin ilk 6 ayında  “Bakı Sığorta”nın cəmi gəlirləri 858 min manat, cəmi xərcləri isə 830 min manat təşkil edib.

“Bakı Sığorta”  2019-cu ilin birinci yarısını 22 min 312 manat xalis mənfəət ilə başa vurub. Şirkət ötən ilin müvafiq dövrünü isə  298 min 900 manat xalis mənfəət ilə bağlamışdı. Belə ki, “Bakı Sığorta”nın mənfəəti bu ilin yanvar-iyun aylarında 13,4 dəfə azalıb.

Sığorta şirkətinin birbaşa sığorta üzrə sığorta haqları  522 min 506 manat, investisiya gəlirləri 399 min 765 manat təşkil edib.

 

Son xəbərlər
Digər xəbərlər