10 C
Baku
Çərşənbə axşamı, Oktyabr 26, 2021

“Bakı Sığorta”nın mənfəəti azalıb, xərcləri artıb

“Bakı Sığorta” 2020-ci ili 155 min manat xalis mənfəətlə başa vurub. 2019-cu ildə isə şirkətin mənfəəti 237 min manat olub. Belə ki, illik müqayisədə “Bakı Sığorta”nın mənfəəti 1.5 dəfə azalıb.

Ötən il “Bakı Sığorta”nın cəmi gəlirləri 2 milyon 627 min manat, cəmi xərcləri 2 milyon 433 min manat təşkil edib. 2019-cu ildə “Bakı Sığorta”nın cəmi gəlirləri 2 milyon 86 min manat, cəmi xərcləri isə 1 milyon 789 min manat təşkil etmişdi. Sığorta şirkətinin cəmi gəlirləri 26%, cəmi xərcləri isə 1.4 dəfə artıb.

2020-ci ildə “Bakı Sığorta” şirkətinin cəmi aktivləri 11 milyon 785 min manat olub ki, bu da illik müqayisədə 8% artım deməkdir. 2019-cu ildə isə şirkətin cəmi aktivləri 10 milyon 924 min manat olub.

Son xəbərlər
Oxşar xəbərlər