24 C
Baku
Bazar, May 29, 2022

“Bakı Sığorta”nın növbədənkənar ümumi yığıncağı keçiriləcək

“Bakı Sığorta” ASC-nin Cəmiyyətin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Banker.az bu barədə şirkətin verdiyi məlumata istinadən xəbər verir.

Yığıncaq 6 may 2022-ci il saat 11:00-da Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 62 ünvanında yerləşən “Bakı Sığorta” ASC-nin Baş ofisində baş tutacaq.

İclasın gündəliyi, əlavə məlumat, o cümlədən yığıncağın gündəliyi üzrə materiallarla tanış olmaq üçün “Bakı Sığorta” ASC-yə (Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti, 62 ünvanında yerləşən “Gülüstan Residence” Kompleksinin 2 saylı binasının 3-cü mərtəbəsində), həmçinin 969 telefon nömrəsi vasitəsilə müraciət edilə bilər.

Son xəbərlər
Oxşar xəbərlər