“Bakı Sığorta”nın səhmlərinin 16,83%-i satın alındı

0

Azərbaycanın sığorta bazarı iştirakçısı olan “Bakı Sığorta” ASC-nin yeni səhmdarının adı açıqlanıb.

Banker.az saytının əldə etdiyi məlumata görə,  2018-ci ilin oktyabr ayında “Toyota Absheron Center” “Bakı Sığorta”nın səhmlərinin alışı üzrə iki əqd həyata keçirib. Xüsusilə, “Toyota Absheron Center” şirkətə məxsus 1 mln. 101,24 min manat ümumi məbləğində 1449 səhmi alıb (bir əqd üzrə 400,52 min manat, ikinci üzrə – 700,72 min manat məbləğində səmlər alınıb). Şirkətin kapitalında payı 16,83% təşkil edib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Sığorta Şirkətinin səhminin dəyəri hazırda 760 manatdır. 

Xatırladaq ki, “Bakı Sığorta” ASC 1994-cü ildə yaradılmaqla cari göstəricilərə görə, 8 925 440 manatlıq səhm kapitalına sahibdir.

Səhimlərinə bu günə qədər 57,98% -Bank Respublika, 9,38% – Diamond Motors Şirkəti, 9,36% – Subaru Azərbaycan Şirkəti, 9,36% – Yeni Motor Şirkəti, 6,97% – Murad Rəhimov və 6,93% – Behbud Nəcəfov adlı fiziki şəxslər nəzarət edir.