“Bakı Sığorta” ASC-nin İdarə Heyətinin sədri Ramin Məmmədov işdən çıxıb.
Onun yerinə hələ ki, təyinat olmayıb.
R.Məmmədov “Bakı Sığorta”da 2012-ci ildən çalışıb, şirkətin Maliyyə departamentinin direktoru, İH-nin üzvü, 2013-cü ildən sədr müavini, 2016-cı ilin may ayından sədri olub.