10 C
Baku
Thursday, December 12, 2024

“Bakı Sığorta”nın səhmdarları toplaşır

31 mart 2023-cü il saat 11:00-da Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 62 ünvanında yerləşən “Bakı Sığorta” ASC-nin baş ofisində cəmiyyətin səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcəkdir.

Bu barədə Banker.az sığorta şirkətinin rəhbərliyinin elanına istinad edir.

İclasın gündəliyi, əlavə məlumat, o cümlədən yığıncağın gündəliyi üzrə materiallarla tanış olmaq üçün “Bakı Sığorta” ASC-yə, 969 telefon nömrəsi vasitəsi ilə müraciət edilə bilər. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Bülbül prospekti 62-də yerləşən “Gülüstan Residence” Kompleksinin 2 saylı binasının 3-cü mərtəbəsi.

Xatırladaq ki, “Bakı Sığorta” ASC 2007-ci il oktyabrın 1-dən fəaliyyətə başlayıb. Cəmiyyətin səhmdarları “Bank Respublika” ASC, “Diamond Motors” MMC, “Ekolizinq” MMC, “Toyota Abşeron Center” MMC, “Yeni Motor” MMC, və 2 fiziki şəxsdir.

Son xəbərlər
Digər xəbərlər