7 C
Baku
Sunday, December 15, 2024

“Bakı Sığorta”ya yeni səhmdar gəlib

“Bakı Sığorta” ASC-nin səhmdarlarında tərkibində və pay bölgüsündə dəyişikliklər olub.

Banker.az bu barədə sığorta şirkətinin illik hesabatına istinadən xəbər verir.

Məlumata görə, şirkətin səhmdarları Behbud Nəcəfov (6,93%), Murad Rəhimov (6,97%), “Bank Respublika” ASC (51,29%), “Ekolizinq” MMC (6,68%), “Yeni Trial” MMC (6.84%) və “Toyota Absheron Center” MMC-dir (19.76%).

Qeyd edək ki, “Toyota Absheron Center” MMC-nin payı 9.38%-dən 19.76%-ə yüksəlib. Səhmdarlardan “Subaru Azərbaycan” MMC çıxıb və pay bölgüsünə yeni səhmdar olan “Yeni Trial” MMC daxil olub.

Xatırladaq ki, “Bakı Sığorta” 1994-cü ildə “Tural Sığorta” adı ilə yaradılıb, 2007-ci ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 8.9 milyon manatdır.

Son xəbərlər
Digər xəbərlər