Bakı Slavyan Universitetində təmir işləri üçün satınalma keçiriləcək.
Banker.az xəbər verir ki, Bakı Slavyan Universiteti tədris korpusları və tələbə yataqxanasında cari təmir işlərinin aparılması məqsədilə satınalma müsabiqəsi elan edib.
Satınalma çərçivəsində görüləcək işlərin ehtimal olunan dəyəri 1 839 825.84 manat olaraq müəyyən edilib.








