Azərbaycan Dəmir Yolları (ADY) prezidenti Cavid Qurbanov bu gün İlham Əliyevin qəbulu zamanı bildirib ki, artıq Sumqayıt-Bakı qatar reysi ilə hər gün 12 min sərnişin daşınır.
“Amma bu, açılandan sonra həm bu tərəfdən Sumqayıta gedən, həm də əks tərəfdən gedən o yollar birləşəndə, avtobusların gediş-gəlişi də tənzimlənəndə gündə təqribən 25-30 min sərnişin daşınacaq. Bu da yəqin ki, ən azı 300-500 avtobusun işini azaldacaq. Həm ekoloji cəhətdən təmizdir, həm çox yüksək səviyyəli və sürətli qatarlardır, içərisində bütün rahatlığı var, həm də vaxt təqribən iki-üç dəfə azalıb”- deyə C.Qurbanov deyib.
Prezident isə “mən getmişəm o yolu, çox rahatdır”, -deyə Cavid Qurbanovun şərhinə əlavə edib,
Cavid Qurbanov onu da qeyd edib ki,Bakı-Sumqayıt reysinin sürətini də 140 km/saat-a çatdırmaq istəyirlər.