Bakı və Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə mart ayının pensiyaları ödənilib. Vətəndaşlar pensiyalarını bank kartları vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.
Banker.az DSMF-ə istinadən xəbər verir ki, yaxın günlərdə digər bölgələr üzrə pensiyalar, həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları da ödəniləcək.