Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödəniləcəyi tarix açıqlanıb.
Dövlət Sosial Müdafiə Fondundan Banker.az-a verilən məlumata əsasən, oktyabrın 7-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənilməsi nəzərdə tutulub.
Qeyd edək ki, 2022-ci ildə ödənilən 200 manat maddi yardımın növbəti rüb üzrə veriləcək 50 manatı da oktyabr ayının pensiyasının üzərinə əlavə olunacaq.
Güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.