ADY günün pik saatlarında daha çox sərnişinin rahat və təhlükəsiz mənzilbaşına çatdırılması üçün Abşeron dairəvi marşrutu üzrə hərəkət cədvəlini optimallaşdırır.
Banker.az xəbər verir ki, fevralın 22-dən sözügedən xətt üzrə qatarlar yenilənmiş cədvəl ilə hərəkətdə olacaq.
Yenilənmiş hərəkət cədvəli Bakı–Sumqayıt–Bakı marşrutu üzrə hərəkət edən ekspres qatara daha dörd vaqon əlavə olunmaqla, ümumilikdə 11 vaqonla hərəkətinə imkan yaradacaq.