28 may – Respublika Günündə Bakı-Sumqayıt marşrutu üzrə hərəkət edən sürət qatarları hərəkətdə olacaq.
Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.
Bildirilib ki, həmin gün qatarlar qeyri-iş günləri üçün nəzərdə tutulmuş xüsusi qrafik əsasında (məhdud sayda) hərəkət edəcəklər.