27 C
Baku
Sunday, July 21, 2024

Bakı, Sumqayıt və bir neçə rayondan Laçına marşrut xətləri istifadəyə veriləcək

Laçın rayonunda ümumilikdə 35-dən çox sənaye və istehsalat müəssisəsi qurulub.

Bunu Laçın rayonunda Prezidentin xüsusi nümayəndəliyinin əməkdaşı Hüseyn Quliyev jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, həmin müəssisələrdə Laçın sakinləri çalışır, əməkhaqqı isə yaşayış şəraitinə uyğun tənzimlənir:

“Sakinlərin nəqliyyat əlçatanlığı normal səviyyədə təmin olunub. Laçın şəhəri, Sus və Zabux kəndləri, “Zerti” Sənaye Kompleksi arasında marşrut xətləri istifadəyə verilib. Bu yaxınlarda şəhərlərarası nəqliyyatın asanlaşdırılması üçün irihəcmli nəqliyyat vasitələrinin istifadəyə verilməsinə nail olacağıq.

Bərdə-Laçın, Mingəçevir-Laçın, Horadiz-Laçın və Sumqayıt-Laçın, Bakı-Laçın müntəzəm marşrut xətlərinin istifadəyə verilməsi də planlaşdırılıb, bununla bağlı müsabiqə elan edilib”.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər