Dövlət Sosial Müdafiə Fondu Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödəniləcəyi tarixi açıqlayıb.
Fonddan Banker.az-a verilən məlumata əsasən, noyabrın 5-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üzrə pensiyaların ödənilməsi nəzərdə tutulub.
Qeyd edilir ki, güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları bu ay da qrafik üzrə ödəniləcək.