9 C
Baku
Friday, November 15, 2024

Bakı-Tbilisi aviareyslərinin qrafiki dəyişdirilir

Tbilisi Beynəlxalq Hava Limanında martın 1-dən 27-dək bütün gündüz resyleri təxirə salınaraq axşam və gecə saatlarına keçiriləcək. Gürcüstan mətbuatına istinadən verdiyi xəbərə görə, hava limanına rəhbərlik edən “TAV Georgia” şirkətinin icra aparatından bildirilib ki, gündüz reyslərinin təxirə salınmasına səbəb uçuş-enmə zolağında təmir işlərinin aparılmasıdır.

Burada təmir işləri bir neçə mərhələdə aparılacaq, bu səbəbdən də gündüz reysləri aprel və may aylarında da müəyyən müddətdə dayandırılacaq.

Bakı-Tbilisi marşrutu üzrə həftənin bütün günləri uçuşlar yerinə yetirən “Azərbaycan Hava Yolları” QSC (AZAL) martın 1-dən aviareysin qrafikinə dəyişiklik edəcək. AZAL-ın mətbuat katibi Paşa Kəsəmənski “Report”a açıqlamasında vurğulayıb ki, şirkət bu istiqamət üzrə həftənin II və VII günlərində reyslərin vaxtını dəyişib: “Həftənin II və VII günləri 09:30-da yerinə yetirilən reyslər martın 1-dən etibarən saat 14:00-da həyata keçiriləcək”.7977_2

Bundan başqa, AZAL həftənin I və III-VI günləri saat 22:00-da da Bakı-Tbilisi marşrutu ilə reyslər həyata keçirir. “Airbus 319” təyyarəsi həyata keçirilən bu reyslərə biletin qiyməti bir tərəfə 69 avro, hər iki istiqamətdə isə 99 avrodur.

Bakıdan Tbilisiyə uçuşlar həyata keçirən “Qatar Airways” aviaşirkətindən isə “Report”a bildirilib ki, martın 1-dən şirkət reyslərin vaxtında dəyişiklik edəcək: “Şirkətimiz hər gün bir reys olmaqla Bakıdan Tbilisiyə “Airbus 320” təyyarəsi ilə uçuşlar həyata keçirir. Fevralın sonuna qədər bu marşrut üzrə həftənin II, IV və V günləri reyslər saat 12:35-də, I, III, VI və VII günlər isə saat 17:40-da yerinə yetiriləcək. Martın 1-dən isə həftənin həmin günləri müvafiq olaraq saat 12:25-də və 18:50-də həyata keçiriləcək”.

Qeyd edək ki, bu aviaşirkətin reyslərinə biletlərin qiyməti bir tərəfə 256 manat, hər iki istiqamətdə isə 347 manatdan başlayır. Report

Son xəbərlər
Digər xəbərlər